ABŞ Prezidenti Donald Trampın kişi və qadın arasındakı fərqlə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə videogörüntülər sosial mediada yayılıb.
“Bu, mənim üçün kifayət qədər bəsitdir. Qadın – müəyyən şərtlər daxilində uşaq dünyaya gətirə bilən insandır. Onun belə bir özəlliyi var”, – deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
Eyni zamanda, o, əlavə edib ki, “ümumiyyətlə, qadınlar möhtəşəm insanlardır”.
Aysel Əliyeva
Globalinfo.az