ABŞ Prezidenti Donald Trampın məktubunun cavabını Oman vasitəsilə göndərdik.
Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi “IRNA”ya müsahibəsində bildirib.
Nazir əlavə edib ki, “İranın siyasəti maksimum təzyiq və hərbi təhdidlər şəraitində birbaşa danışıqlardan çəkinməkdir. Lakin dolayı yolla danışıqlar, əvvəlki təcrübələrdə olduğu kimi, davam edə bilər”.
Qeyd edək ki, Oman daha əvvəl də Tehran və Vaşinqton arasında vasitəçilik missiyasını yerinə yetirib.
Xatırladaq ki, Donald Tramp İran dini lideri Əli Xameneiyə dialoqa dəvət məktubu göndərmiş və iki ay vaxt vermişdi.
Bir neçə gün öncə İran XİN başçısı Abbas Arakçı Omana səfər edərkən Xameneinin cavab məktubunu apardığı barədə məlumat yayılsa da, bu, rəsmən təsdiqlənməmişdi.