Uludağda hoteldə baş verən yanğında dünya çempionu, xizəkçi Berkin Usta həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.
İdmançının atası keçmiş milli xizəkçi Yahya Usta və Anası Fikriye Usta da dəhşətli yanğında həlak olublar.
Bildirilib ki, müdaxiləyə baxmayaraq, Berkin Ustanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanğın bu gün səhər saatlarında baş verib.
