mehmet simsek dezenflasyon surecine giriyoruz

Bəzi media orqanlarında Türkiyənin maliyyə naziri Mehmet Şimşəkin istefaya hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

M.Şimşək də yayılan məlumatlara sosial şəbəkə hesabında aydınlıq gətirib:

“İşimizin başındayıq. Xahiş edirəm, əsli olmayan xəbərlərə inanmayın!”

Qeyd edək ki, İBB başqanı İmamoğlunun saxlanılmasından sonra dollar kəskin bahalaşmış və 40 lirəni keçmişdi. Hazırda isə dollar 38 lirə civarındadır.

Paylaş: