
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu ilə birlikdə daha 48 şübhəli şəxs həbsxanaya göndərilib.
Globalinfo.az xəbər verir ki, “korrupsiya” və “terror” iddiaları ilə bağlı başladılan istintaq çərçivəsində şübhəlilərin əməliyyatları tamamlanıb.
Sözügedən şəxsləri daşıyan 3 mikroavtobus İstanbul Ədliyyəsindən çıxıb.
Yola çıxan maşınlar şübhəlilərin təhvil veriləcəyi həbsxanaya doğru yola düşüb.
Əliyar Xəlil
Globalinfo.az