ABŞ Prezidenti Donald Trampın nüvə anlaşması ilə bağlı İrana qarşı tələbləri məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərindəki idarələrə yaxın şəxs kimi tanınan professor Əbdül Xaliq Abdullah danışıb.
O bildirib ki, İrana göndərilən məktubda Vaşinqtonun əsas tələblərini əks etdirən səkkiz məqam var.
Bunlar belədir:
1.İranın nüvə proqramının tamamilə ləğv edilsin.
2.Uranın zənginləşdirilməsinin dərhal dayandırılsın.
3.Yəməndə husilərə silah tədarükü edilməsin.
4.Hizbullah qrupuna maliyyə və maddi-texniki dəstəyin məhdudlaşdırılsın.
5.İraqda Xalq Səfərbərlik Qüvvələri kimi tanınan şiə silahlıları ləğv edilsin.
6.Tehranın bütün tələbləri yerinə yetirmək üçün iki ay vaxtı var.
7.Şərtlər yerinə yetirilərsə, ABŞ iqtisadi sanksiyaları ləğv etməyə və İslam Respublikasının siyasi təcridinə son qoymağa hazırdır.
8.Alternativ olaraq, genişmiqyaslı hərbi əməliyyat təhlükəsi var.
Mənbənin sözlərinə görə, danışıqlar üçün mümkün məkan kimi Birləşmiş Ərəb Əmirlikləri təklif edilir.
Günay Rəsulqızı
Globalinfo.az