hucum

Yəmənin Ənsarullah (husilər) hərəkatı İsrailin Ben Qurion hava limanına hipersəs ballistik raket atıb.

Globalinfo.az xəbər verir ki, bunu hərəkatın sözçüsü Yəhya Səri deyib.

O, əməliyyatın Fələstin-2 hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirildiyini və  uğurla yekunlaşdığını bildirib.

“Bu, son 48 saat ərzində üçüncü belə əməliyyatdır. Söz veririk ki, Qəzzaya qarşı təcavüz dayandırılana və blokada qaldırılana qədər bu hava limanı təhlükədə olacaq”, – deyə sözçü əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: