“Krokus” terrorundan bir il keçir: Yeni nələr var?

"Krokus" terrorundan bir il keçir: Yeni nələr var?

“Krokus”da baş verən terror aktından bir il keçir.

Globalinfo.az xəbər verir ki, hadisə Rusiyada sabitliyi pozmaq üçün qeyri-dost dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin bəyanatında bildirilib.

Qeyd olunub ki, terror aktını Mərkəzi Asiyadan olan altı vətəndaş təşkil edib:

“Həmin şəxslər qiyabi həbs edilib və axtarışa verilib. Onlar terror hücumun iştirakçıları olan dörd nəfəri “verbovka” edib və xaricdə təlim keçiblər. Hazırda Krokusda terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən 19 nəfər iş materialları ilə tanış olur. Daha sonra iş məhkəməyə veriləcək”.

Xatırladaq ki, ötən il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus” konsert salonuna terror hücumu olub, nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.