tramp moskva 1

ABŞ Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Ağ Ev BMT-ni də analoji addım atmağa çağırıb. Eyni zamanda, Donald Trampın hələ bu barədə yekun qərar qəbul etmədiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl “The Globe and Mail” adını açıqlamadığı mənbəyə istinad xəbər vermişdi ki, ABŞ Ukraynada sülhlə bağlı danışıqlar çərçivəsində təkliflərindən biri bəzi torpaqların Rusiya ərazisi kimi tanınmasını və Vaşinqtonun Ukraynaya məxsus faydalı qazıntı satışından əldə edilən milyardlarla dollara sahib olması imkanının verilməsini əhatə edir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: