yangin

Qəbələdə icra nümayəndiliyinin binası yanıb.

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Qəbələ rayon Daşça kənd İnzibati Ərazi Nümayəndəliyinin inzibati binasında yanğın baş verib.

Yanğın yerinə Qəbələ rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 35 k/m olan inzibati bina tamamilə yanıb.  Hadisə zamanı xəsarət alan olmayıb.

Paylaş: