polis 12

Siyəzəndə dəm qazından dünyasını dəyişən polis əməkdaşları bu gün Sumqayıtda və Binəqədi rayonunda dəfn edilib. 

Globalinfo.az Bizim.media-ya istinadən xəbər verir ki, Siyəzən rayon polis şöbəsinin sahə polis rəisləri, 36 yaşlı Faiq İskəndərov və 35 yaşlı Elmir Əsgərovun meyiti Bakıda mərkəzi tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib və onlar son mənzilə yola salınıblar.

Qeyd edək ki, polis leytenantları yanvarın 8-dən 9-a keçən gecə Siyəzən şəhərində kirayədə yaşadıqları evdə dəm qazından boğulub ölüblər.

FotoJet 2023 01 09T215446.312

Onlar bu gün səhər Siyəzən polis şöbəsində keçirilən sıra baxışına gəlmədikləri üçün onlara zəng olunub. Cavab vermədikləri təqdirdə hasardan keçməklə içəri daxil olan iş yoldaşları onları ölü vəziyyətdə görüb.

Hadisəyə evdəki qaz peçinin borusunun külək nəticəsində üstünün açılması və təbii qazın içəri daxil olması nəticəsində baş verdiyi ehtimal edilir.

Siyəzən rayon prokurorluğunda araşdırma gedir.

1673282375 1599474293 xin az turk iran 1673282405 1599474293 xin az turk iran kopiya

***11:15

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

“Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsə başsağlığı veririk, səbr diləyirik”, – məlumatda qeyd edilib.

Paylaş: