ABŞ-da hökm sürən qasırğa və fırtına səbəbilə həyatını itirənlərin sayı 16 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
Daha 29 nəfər xəsarət alıb, 136 mindən çox insan elektrik enerjisiz qalıb.
Fırtına daha çox İllinoys, Missuri, Arkanzas, Missisipi, İndiana və Kentukki ştatlarında müşahidə edilir. Ümumilikdə 138 milyon insanın təbii fəlakət təhlükəsi ilə üz-üzə qaldığı deyilir.
Aysel Əliyeva
Globalinfo.az