AA 20250313 37329866 37329859 CUMHURBASKANI BASDANISMANI KILIC BMGKDE TUM ULKELERIN SOZUNUN GECMESI GEREKTIGINI BELIRTTI
Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni üzrə razılığın əldə olunması müsbət haldır.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç NTV-nin efirində deyib.

Kılıç bildirib ki, proses hələ davam edir.

“Azərbaycan torpaqları 30 il işğal altında olub. Bu hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılmalıdır. Yaxın gələcəkdə davamlı sülhün təmin olunacağına ümid edirik”, – o bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: