qazax 7

“Ağstafada qazlaşdırma səviyyəsi yüksək olsa da, bəzi – Poylu, Göyçəli, Aşağı Kəsəmən, Qıraq Kəsəmən, Xətai, Zəlimxan və Köçəsgər kimi ərazilərdə qaz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Azər Əmiraslanov deyib.

Onun sözlərinə görə, Qıraq Kəsəmən kənd sakinləri öz vəsaitləri hesabına tarixi abidə kimi təsdiqlənmiş İsrafil ağanın evinin bərpası üzrə müraciət edib:

“Ağstafa-Qazax regionunda iqtisadi fəal insanların məşğulluğu aqrar sahədən, bu sahənin inkişafı isə suvarmadan asılıdır. Həmin sahədə də böyük işlərin görülməsi hədəflənir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: