
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Zelenski həmçinin Kiyevdə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat və türk iş dünyasının nümayəndələrini qəbul etdiyini də deyib.
“Ölkəmiz Türkiyəni strateji ortaqlarından, eyni zamanda təhlükəsizlik zəmanətli ortaqlarından biri kimi görür və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxınlaşan səfəri zamanı Azad Ticarət Sazişini imzalamağa hazırdır”, – Zelenski qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az