
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinərək ona 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti hesab edilməklə şərti hesab olunub.
Bu gün Ağadadaş Ağayev vəkili ilə birgə kamera arxasına keçərək barəsində çıxarılan hökmdən danışıblar.
Görüntüləri təqdim edirik:














