Rusiya üçün fəlakət başlayır – Ukraynanın son hücumu…

Rusiya üçün fəlakət başlayır - Ukraynanın son hücumu...

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ilə rusiyalı həmkarı Vladimir Putin arasında bu həftə görüş keçirilməsi planlaşdırılır. Trampın son açıqlamasına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin də bu görüşdə iştirakı gözləniləndir.

Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, ABŞ-Ukrayna arasında Ciddədə baş tutan görüşdə bir çox məsələlərlə bağlı razılıq əldə edilib:

“Hansısa məsələlərdə fikir ayrılıqlarının olduğu istisna edilmir. Lakin nəticədə müəyyən razılıq əldə edilib. Ayın 14-də Tramp və Putin arasında görüş baş tutması gözlənilir. Güman ki, bu telefon danışığı olacaq. Burada Zelenskinin iştirakı nəzərdə tutulmur. Həmin görüş müsbət nəticə ilə yekunlaşarsa, üçtərəfli görüşün də baş tutması istisna edilmir.

Rusiya üçün fəlakət başlayır - Ukraynanın son hücumu...

Əli Mustafayev

Moskvaya kütləvi PUA hücumundan sonra Rusiyanın atəşkəsə isti baxacağını düşünmürəm. Belə olacağı təqdirdə müharibənin davam etməsi perspektivi daha çoxdur. Rusiya bununla ABŞ-ın hədəfinə gələ bilər. Rəsmi Moskva çox çalışır ki, heç bir formada ABŞ-la üz-üzə gəlməsin.

Son vaxtlar Rusiya və Çin arasında da müəyyən anlaşmazlıqlar yaşanır. Belə halda Trampla qarşıdurmaya girmək Rusiya üçün fəlakət olar”.

Safura Bənnayeva
Globalinfo.az