Uitkoff: “Zelenski Trampdan üzr istəyib” – VİDEO

Uitkoff: "Zelenski Trampdan üzr istəyib" – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan üzr istəyib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”a müsahibəsində deyib.

“Zelenski Oval Kabinetdə baş verənlərə görə Donald Trampa məktub yazaraq üzr istəyib”, – Uitkoff bildirib.

Qeyd edək ki, söhbət fevralın 28-də Zelenski və Tramp arasında Oval Kabinetdə mübahisə ilə nəticələnən görüşdən gedir. Faydalı qazıntılarla bağlı saziş imzalamaq üçün Vaşinqtona səfər edən Zelenski mübahisə sonrası Ağ Evi tərk etmiş, imzalanma mərasimi və birgə mətbuat konfransı ləğv edilmişdi.

Aysel Əliyeva
Globalinfo.az