Ukrayna əks-hücuma keçdi: Rus ordusunda vəziyyət gərgindir

Ukrayna əks-hücuma keçdi: Rus ordusunda vəziyyət gərgindir

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin şərqində Rusiyanın irəliləyişini dayandırmağa müvəffəq olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Times” Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Ukrayna ordusu artıq bəzi kiçik ərazilərə nəzarəti təkrar bərpa etməyi bacarıb. Məlumata görə, Rusiya qoşunları şərq cəbhəsi istiqamətində hər gün çox sayda hücum təşkil etsə də, qüvvələr tükənib. 15 aydan çoxdur davam edən aktiv hücum, texnika və canlı qüvvə itkisinə səbəb olub.

Ukrayna ordusunun bu vəziyyətdən öz xeyrinə istifadə etdiyi bildirilir.

Vaşinqtondakı Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Maykl Kofman deyib ki, son aylarda Rusiyanın Donetskdəki hücum cəhdləri pis hava şəraiti, rus qoşunlarının tükənməsi səbəbindən zəifləyib. Onun sözlərinə görə, cəbhədə vəziyyətin tam sabitləşməsindən danışmaq hələ tez olsa da, Ukraynanın resursların çatışmazlığını kompensasiya məqsədilə istifadə etdiyi yeniliklər sayəsində vəziyyət xeyli yaxşılaşıb.

Əliyar Xəlil
Globalinfo.az