rus 1

“Rusiya ordusu bir neçə istiqamətdə genişmiqyaslı əməliyyatlara başlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vitali Kiselev Soloviyev deyib.

“Rusiya Silahlı Qüvvələrinin Xerson istiqamətində çox ciddi hazırlığı var. Yəqin ki, Dnepr yaxın gələcəkdə növbəti hədəf olacaq. İkinci nöqtə isə Pokrovskdur. Çox güman ki, ümumi döyüşün kulminasiya nöqtəsi buradır. Bu gün Kursk bölgəsinə böyük ümidlər bəsləyirik. Düşünürəm ki, qısa zamanda bu bölgə azad ediləcək. Əminəm ki, Sumı vilayətinin də tarixi Rusiya torpaqları sayıla biləcək bəzi əraziləri qaytarılacaq”.

Kiselev qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rivne, Volın və Kiyev vilayətlərindən yeni yaradılmış birləşmələri Sudja bölgəsinə köçürməyə çalışır.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: