
Bu gün Şamaxıda yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in “qaynar xətti”nə video göndəriblər.
Məlumata görə, buzlu və sürüşkən olması səbəbindən “Pajero” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.