Suriyada ölənlərin sayı bir gündə 830-a çatdı

Suriyada ölənlərin sayı bir gündə 830-a çatdı

Suriyanın keçid hökumətinin ən azı 231 hərbçisi ölkənin qərbində respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə silahlı toqquşmalarda həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Həmçinin qiyamın yatırılması üçün əməliyyatın aparıldığı bölgələrdə onlarla təhlükəsizlik mənsubu itkin düşüb.

Silahlı toqquşmalar Əsəd devriləndən sonra yeni hökumətə qarşı ən ciddi müqavimət hesab olunur.

Suriyanın Latakiya, Tartus və Xüms əyalətlərində hökumət qüvvələri ilə Əsəd tərəfdarları arasında baş verən toqquşmalarda ölən mülki vətəndaşların sayı 830-a yüksəlib.

Bildirilib ki, qurbanların əksəriyyəti əhalinin 12%-ni təşkil edən ələvi icmasına aiddir.