Rusiyada yaşayan miqrantlara xəbərdarlıq: Aprelin 30-dək…

 

Rusiyada yaşayan miqrantlara xəbərdarlıq: Aprelin 30-dək...

“Qanun pozuntularına görə 685 min əcnəbi vətəndaş nəzarət edilən şəxslərin reyestrinə daxil edilib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev deyib.

“Bu reyestrin əsas məqsədi ölkəmizdə yaşamaq üçün qanuni əsaslarını itirmiş vətəndaşların sayını məhdudlaşdırmaqdır”, – deyə nazir “Rossiya” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

Kolokoltsev əlavə edib ki, reyestrin tətbiqi əcnəbiləri Rusiyada yaşamalarını leqallaşdırmağa təşviq etməlidir:

“Onlar aprelin 30-dək onlar Daxili İşlər Nazirliyinin orqanlarına gəlməli, lazımi sənədləri təqdim etməlidirlər. Yalnız bundan sonra reyestrdən çıxarılacaqlar”.

Qeyd edək ki, fevralın 5-də Rusiyada 2024-cü ilin sonunda qəbul olunan sərtləşdirilmiş miqrasiya qanunu qüvvəyə minib. Həmin qanunun müddəalarından biri də qanunu pozan miqrantların reyestrinin yaradılmasıdır.

Günay Rəsulqızı
Globalinfo.az