1671080857 elon musk reu 1880536 2

“Ukraynada “Starlink” peyk interneti söndürülsə, Ukrayna silahlı qüvvələrinin bütün cəbhə xətti dağılacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri amerikalı biznesmen Elon Musk deyib.

“Mənim “Starlink” sistemim Ukrayna ordusunun onurğa sütunudur. Mən onu söndürsəm, onların bütün cəbhə xətti dağılacaq”, –  o qeyd edib.

Qeyd edək ki, 2022-ci ildə Kiyev 24 minə yaxın “Starlink” internet terminalı alıb. Həmin ilin dekabrında yayılan xəbərlərə görə, Mask Ukraynaya təxminən 10 min daha “Starlink” terminalı göndərəcək.

Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, əgər peyklər hərbi məqsədlər üçün istifadə olunarsa, Rusiyanın “qanuni hədəfinə” çevrilə bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: