İsrail Qəzza ilə bağlı danışıqların bərpası üçün Dohaya nümayəndə heyəti göndərir.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Netanyahunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı danışıqların bərpası üçün martın 10-da Dohaya səfər edəcək.
“İsrail ABŞ-ın dəstəyi ilə təklifi qəbul edib və danışıq prosesinin irəliləməsi üçün bazar ertəsi Dohaya nümayəndə heyətini göndərəcək”, – açıqlamada deyilir.
Aysel Əliyeva
Globalinfo.az














