Paris və Londonun Ukrayna ilə bağlı danışıqlara qoşulması məsələni sadəcə gərginləşdirə bilər.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Lekin deyib.
“Rossiya-24” televiziya kanalına müsahibə verən səfir avropalıların, ələlxüsus fransalı və britaniyalıların “zərərli məsləhətləri ilə” danışıqlara qoşulmaq cəhdlərini sezdiyini qeyd edib.
“Biz əvvəllər ukraynalılarla danışıqların necə aparıldığını bilirik – bu, çətin işdir. İndi isə onlar həqiqətən vasitəçiliklə məşğul olmaq istəsələr, əminəm ki, ukraynalılar hay-küy salmağa, mövqelərini tərk etməyə, avropalılara müraciət etməyə başlayacaqlar. Bütün bunlar artıq bir dəfə olub, biz bütün bunları artıq yaşamışıq. Bununla da, əlbəttə ki, danışıqlar daha da çətinləşəcək”, – Kelin bildirib.
Aysel Əliyeva
Globalinfo.az














