ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropa liderlərini narahat edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkə rəhbərləri vitse-prezidenti “Trampizm” ideologiyasının davamçısı kimi görürlər:
“Vens son çıxışları ilə qısa müddətdə bütün qitədəki rəsmilərin gözündə aparıcı düşmənə çevrilib. Onun Avropa liderlərini tənqid etməsi ABŞ Prezidenti Donald Trampın Amerikanın ənənəvi müttəfiqlərinə qarşı şübhəsinin vəzifədən getdikdən sonra da davam edə biləcəyini açıq göstərib. Düşünülür ki, Tramp hazırda öz düşüncələrini bölüşən şəxslərin əhatəsindədir. Vens isə onun mesajlarını çatdıran ən təsirli adamlarından biridir”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Avropa liderlərini Ukraynadakı vəziyyətlə bağlı ikiüzlülükdə ittiham edib. O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskini dəstəkləsələr də, qeyri-rəsmi şəraitdə bəzi Avropa ölkələrinin liderləri Kiyevin Moskva ilə sülh danışıqlarına başlamalı olduğunu etiraf edirlər. Siyasətçi bu cür davranışı absurd adlandırıb.
Günay Rəsulqızı
Globalinfo.az