putinn

Rusiya Ermənistanda yenidən aktivləşir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qeyd olunub ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin son həftələrdə ölkədəki siyasi dairələrlə görüşlər keçirib və erməni mediasına müsahibələr verib.

“Rusiya dairələrindəki mənbəmiz bildirir ki, onlar Ermənistanda geosiyasi proseslərlə bağlı vəzifələrini bərpa etmək qərarına gəlib. İrəvan yenidən Rusiya xəttinə qayıtmağa hazırdırsa, işləməyə davam edəcəklər. Amma şimal və qərb arasında oyun oynayacaqlarsa, Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyinə dəstək verəcəyi istisna edilmir”.

Nəşr qeyd edib ki, bəziləri Serj Sərkisyan və Robert Köçəryanın komanda yoldaşları arasında baş verən atışmaları da Rusiya faktoru ilə izah edir:

“Rəsmi Moskvanın kimə güvənəcəyi hələlik bəlli deyil”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: