Brüssel sammiti: nələr qərara alındı?

Brüssel sammiti: nələr qərara alındı?

Avropa İttifaqına üzv dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasına birlik səviyyəsində müdafiə üçün əlavə maliyyə mənbələri təklif etməyi tapşırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə liderlərin yekun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur:

Avropa bütün tərəflərin təhlükəsizlik çağırışlarına avtonom şəkildə cavab verməlidir;

Avropa Komissiyası müdafiə üçün əlavə maliyyə mənbələri təklif etməlidir;

Avropa Komissiyasına üzv ölkələrə müdafiə üçün 150 milyard avroya qədər kredit ayırmaq təklifi təsdiqlənməyib;

Avropa İnvestisiya Bankının hərbi proqramların maliyyələşdirilməsinə istiqamətləndirilməsi qərara alınıb;

Avropanın remilitarizasiyası NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək, prioritetlər hava hücumundan müdafiə, artilleriya və raketlər, pilotsuz təyyarələr olacaq.

Aysel Əliyeva
Globalinfo.az