Azercell-dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif!

Azercell-dən Beynəlxalq Qadınlar Gününə xüsusi təklif!

Lider mobil operatordan “Honor” cihazlarını əldə edən müştərilərə 2 ay boyunca 30 GB internet hədiyyə 

Azercell Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi kampaniyaya start verir.

Globalinfo.az-ın xəbərinə görə, belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Honor” smartfonu və ya planşeti əldə edən bütün istifadəçilər 2 ay müddətinə 30 GB internet hədiyyə qazanacaqlar.

12.03.2025 tarixinədək qüvvədə olacaq kampaniya qiyməti 269 AZN-dən başlayan modellər üçün keçərlidir.

Qeyd edək ki, 30 GB hədiyyə internet paketi 2 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniya haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/

Azercell bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir!