İranın Türkiyə səfirini XİN-ə dəvət etməsi Türkiyə tərəfindən cavabsız qalmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
İranın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb.
“Xarici siyasət məsələləri heç bir halda daxili siyasət danışıqlarında istifadə edilməməlidir. Bu konteksdə başqa bir ölkəyə verməli olduğumuz sözləri birbaşa onların ünvanına çatdırmağa üstünlük veririk. Bu gün də bu yolla getdik”, – Türkiyə XİN-in sözçüsü Öncü Keçəli deyib.
Qeyd olunur ki, müvəqqəti işlər vəkili İran rəsmilərinin Türkiyəyə qarşı iddiaları səbəbindən nazirliyə dəvət edilib. İran rəsmilərinin son zamanlar Türkiyəni açıq şəkildə tənqid etdiklərini qeyd edən Keçeli, nazirliyin bu mövzuda hazırladığı hesabatın daha əvvəl İran tərəfinə göndərildiyini bildirib.
“İranla münasibətlərimizə dəyər veririk. Türkiyə və İran arasında münasibətləri gücləndirmək bizim üçün önəmlidir”, – deyə Keçəli əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az














