Ermənistan parlamentinin spikeri Alen Simonyan sabiq xarici işlər naziri Vardan Oskanyanın erməni “əsirlər” (hərbi cinayətlərdə ittiham olunanlar – red.) İrəvana qaytarılana qədər Azərbaycanla danışıqları dayandırmaq tələbinə cavab verib.
Globalinfo.az xəbər verir ki, Simonyan bunu təxribat kimi qiymətləndirib.
“Yəni biz danışıqları dayandırsaq, məhbusları geri verəcəklər? Cənab Oskanyanın bu fikrini təxribat, eskalasiyanı gücləndirmək kimi dəyərləndirirəm”, – A.Simonyan bildirib.
Qeyd edək ki, Vardan Oskanyan Feysbuk hesabındakı videomüraciətində Ermənistan Baş naziri Nikol Paşinyandan “əsir və girovlar” qaytarılana qədər Azərbaycanla danışıqları dayandırmağı tələb edib.
Əliyar Xəlil
Globalinfo.az














