Türkiyə böyük oyuna başlayıb – Safrastyan

Türkiyə böyük oyuna başlayıb - Safrastyan

Ankara Yaxın Şərqdə böyük bir oyuna başlayıb, məqsədi Suriyada baş verən dəyişikliklərlə Türkiyənin Yaxın Şərqdəki mövqelərini gücləndirməkdir.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

“Bu baxımdan, hazırda Türkiyədə başlayan prosesin (PKK terror təşkilatının ləğvi – red.) necə davam edəcəyi bəlli deyil, amma hesab edirəm ki, bu, Türkiyənin üzərinə götürməyə çalışdığı bu yeni geosiyasi roldan irəli gəlir. Bu çərçivədə Türkiyə üçün ən azı kürd probleminin həlli üçün müəyyən addımlar atması və ya həll yoluna bənzər bir dəyişikliyi həyata keçirməsi vacibdir”, – ekspert bildirib.

Safrastyan vurğulayıb ki, PKK-nın ləğvi prosesi bu terror təşkilatının Suriyadakı qanadlarını (PYD/YPD/SDQ) da əhatə edəcək:

“Qarşıdakı həftələrdə məsələ ilə bağlı müəyyən proseslərin şahidi olacağıq”.