“ABŞ Prezidenti Donald Tramp cümə günü Ukrayna lideri Volodimir Zelenski ilə mübahisədən sonra Kiyevə hərbi yardımı dayandırıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Kerolayn Livitt CNN-ə deyib.
“Prezident sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq və problemin həllinə kömək etdiyinə əmin olmaq üçün nəzərdən keçiririk”, – CNN ABŞ rəsmisindən sitat gətirib.
“Bloomberg”in məlumatına görə, qərar Ukraynaya çatdırılmayan bütün ABŞ hərbi texnikasına, o cümlədən tranzitdə olan və ya Polşa ərazisindən tranziti gözləyən silahlara təsir edəcək.
Qeyd olunur ki, yardımın dayandırılması Trampın ötən həftə Zelenskinin pis davranışı hesab etdiyinə birbaşa cavabdır. Lakin rəsmilər bildiriblər ki, əgər Zelenski Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara yeni öhdəliklər göstərsə, fasilə aradan qaldırıla bilər.
Zaira Akifqızı
Globalinfo.az














