Kanada 10 Rusiya vətəndaşına və 21 şirkətə sanksiya qoydu

trudo 0

Kanada Rusiyadan 10 fiziki şəxs və 21 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdonun Londonda Ukrayna üzrə keçirilən sammitin yekunlarına dair bəyanatında deyilir.

Bildirilib ki, xüsusilə hərbiləşdirilmiş təşkilatlar və onların rəhbərləri məhdudiyyətlərə məruz qalıb.

“Baş nazir 10 şəxsə və 21 təşkilata, o cümlədən hərbiləşdirilmiş təşkilatlara və onların rəhbərlərinə qarşı yeni sanksiyalar elan edib. Rusiyaya qarşı sanksiya siyahısında artıq 3 mindən çox şəxs və təşkilat var.”, – sənəddə deyilir.

Əliyar Xəlil 

Globalinfo.az