Screenshot 3

Ukrayna yeni raketlər almaq üçün Böyük Britaniyanın ixrac maliyyəsindən 1,6 milyard funt-sterlinq əldə edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə B.Britaniya Baş naziri Keyr Starmer deyib.

O bildirib ki, Ukrayna bu maliyyə sayəsində Belfastda istehsal olunacaq 5 min raket alacaq.

Hökümət başçısı qeyd edib ki, bu proses Britaniyanın müdafiə sektorunda da yeni iş yerləri yaradacaq.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: