Böyük Britaniya Ukraynaya kredit ayırır

Böyük Britaniya Ukraynaya kredit ayırır

Ukrayna Böyük Britaniyadan 3,2 milyard həcmində kredit alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın ТSN televiziya kanalı məlumat yayıb.

Həmin kreditin müdafiə ehtiyaclarına sərf ediləcəyi deyilir.

Başqa təfərrüat verilməyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Londonda səfərdədir və Baş nazir Kir Starmerlə görüş keçirir.

Aysel Əliyeva
Globalinfo.az