Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Globalinfo.az “APA”ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 27 yaşlı şəhər sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına dərha yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, o, yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.