Ankarada ikimərtəbəli döşək fabrikində baş verən yanğın artıq söndürülüb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, küləyin təsiri ilə güclənən yanğının qarşısının alınması üçün ümumilikdə 70 canlı qüvvə və 20 texnika cəlb olunub.
“Təxminən 2.5 saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülərək söndürülüb, daha sonra soyutma işləri aparılıb”, – deyə mənbədən bildirilib.
Məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmasa da, zavoda ciddi zərər dəyib, bina yararsız hala düşüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
***14:35
Türkiyənin paytaxtı Ankarada güclü yanğın başlayıb. Yanğından qalxan qatı tüstü Akyurtun bir çox nöqtəsindən müşahidə olunub.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, hadisə Ankaranın Akyurt rayonunda yerləşən döşək fabrikində baş verib.
Hadisə ilə bağlı dərhal müvafiq qurumlara məlumat verilib və yanğınsöndürənlər əraziyə cəlb olunublar.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Ankara’da yatak fabrikası alev alev yanıyor #ankara #yangınolayı #akyurt #ankaraakyurt pic.twitter.com/5j0kBYeb6i
— Türk Dünyası Haberleri (@oxuazturkce) March 1, 2025














