bza 0

İsrail zəif və təmərküzləşmiş Suriya istəyir.

Globalinfo.az xəbər verir ki, məlumatı “Röyters” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, İsrail həmçinin Rusiya bazasının Suriyada saxlanmasını istəyir. Agentlik bu ideyanın ABŞ-də lobbiçiliyini həyata keçirdiyini bildirib. Bununla da İsrailin Türkiyənin Suriyadakı təsirinə müqavimət göstərmək niyyətində olduğunu söyləyib.

“Reuters” yazır ki, İsrail bu niyyətini amerikalılara fevralda çatdırıb. Vaşinqtonun isə bu məsələdə mövqeyinin necə olacağı qeyri-müəyyən qaldığı bildirilib. Bununla belə “Reuters”in mənbələrinin sözlərinə görə, ABŞ-dən olan bəzi şəxslərin İsrailə Türkiyənin NATO üzvü kimi Təl-Əvivin təhlükəsizliyinə ən yaxşı zəmanət olacağını söyləyiblər. Lakin İsrailin nümayəndələri bununla razılaşmayıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: