vladimir zelenski

Volodimir Zelenski və Donald Tramp arasında Vaşinqtonda keçirilən görüş zamanı jurnalistlərdən biri Zelenskiyə maraqlı sual ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər KİV-də yayılıb.

Zelenskiyə “sizin rəsmi kostyumunuz var?” deyə sual ünvanlanıb.

“Var, lakin mən onu bizim ölkəmizdə müharibə bitməyincə geyinməyəcəyəm”, – deyə Ukrayna Prezidenti cavab verib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: