ABŞ tərəfi Aleksandr Darçiyevin Rusiyanın bu ölkədəki səfiri vəzifəsinə təyin olunmasına dair aqreman verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, A. Darçiyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru vəzifəsində çalışır.