Blinken söz verdi, lakin… 1,5 ay gözü yolda qalan Ermənistan

Blinken söz verdi, lakin… 1,5 ay gözü yolda qalan Ermənistan

Yanvarın 14-də hələ ABŞ dövlət katibi vəzifəsini icra edən Entoni Blinken Ermənistana yaxın zamanda nümayəndə heyətinin gələcəyini demişdi. O gündən 1,5 ay keçib…

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafael Gervorkyan “Armenpress” agentliyinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, gömrük və sərhədin təhlükəsizliyi məsələləri ilə bağlı gəlməli olan nümayəndə heyəti 1,5 ay keçməsinə baxmayaraq, hələ də Ermənistana təşrif buyurmayıb.

“Məlumat veririk ki, ABŞ gömrük işçiləri və sərhədçilərinin Ermənistana səfəri baş tutmadı”, – Gevorkyan deyib.

Məsələ ilə bağlı təfərrüat verilməyib.

Aysel Əliyeva
Globalinfo.az