Naxçıvan şəhərində kütləvi dava-dalaş hadisəsi qeydə alınıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən gecə saat 22 radələrində baş verib.
Naxçıvan şəhər sakini, 1972-ci il təvəllüdlü Anar Müqabil oğlu Tağıyev həmyerlisi, 1990-cı il təvəllüdlü Tahir Səfərovun evinə gələrək gecə saatlarında onu bıçaqlayıb. Bu zaman tərəflər arasında dava-dalaş yaranıb. Dava nəticəsində Tahirin qardaşı Mais Səfərov Anar Tağıyevi yumruqla vuraraq döyüb. Zərbənin təsirindən A.Tağıyev yıxılıb və ayağı sınıb.
Bıçaqlanan T.Səfərov və ayağı sınan Anar Tağıyev xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.
Zaira
Globalinfo.az