1740641645213236 UYr3b3u 1 scaled

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlar başa çatıb.

Globalinfo.az xəbər verir ki, görüş 6,5 saat davam edib.

Nəticələrlə bağlı mətbuata açıqlama verilməyib.

*** 10:59

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Globalinfo.az xəbər verir ki, görüşdə iki ölkənin diplomatik missiyalarının işindəki problemlər və tam fəaliyyətinin bərpası yolları müzakirə ediləcək.

Danışıqların uzun davam edəcəyi gözlənilir.

Qeyd edək ki, fevralın 18-də  ABŞ və Rusiya nümayəndələri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: