Fransa, Almaniya və Böyük Britaniya atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın maliyyə naziri Erik Lombard “Blomberq”ə müsahibəsində deyib.
O qeyd edib ki, bunun üçün ABŞ-ın dəstəyinə ehtiyac var:
“Digər Avropa ölkələri də öz qoşunlarını Ukrayna ərazisinə göndərməyə razıdırlar. ABŞ Prezidenti Donald Tramp bununla razılaşıb. Lakin Vaşinqtonun konkret hansı addımlar ata biləcəyi açıqlanmayıb”.
Safura Bənnayeva
Globalinfo.az