ermeni

“ABŞ Rusiyanın tələblərini yerinə yetirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Mihran Akopyan deyib.

O qeyd edib ki, hazırda Ermənistanda bəzi yazarlar Moskvanın Vaşinqtonla necə razılığa gəldiyini aydınlaşdırmağa çalışır:

“Necə olub ki, ABŞ Rusiyanı çökdürməyib? Sovet iqtisadiyyatı soyuq müharibədə belə ABŞ iqtisadiyyatına uduzmayıb. Mövcudluğunun zəif mərhələsində – 1991-ci ildə SSRİ dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib idi. İndi aydın olur ki, SSRİ faktiki olaraq ABŞ-Çin iqtisadiyyatına məğlub olub. 1970-ci illərin əvvəllərində Riçard Nikson və Henri Kissincer Sovet-Çin ziddiyyətlərindən məharətlə istifadə edərək Pekinlə iqtisadi ittifaq yarada bildilər. Nəticədə SSRİ rəqabətə tab gətirə bilmədi”.

M.Akopyan bildirib ki, indi ABŞ Prezidenti Donald Trampın administrasiyası mahiyyətcə “Nikson doktrinası”na qayıdıb:

“Ancaq amerikalılar üçün Rusiya (SSRİ – red.) və Çin yerlərini dəyişib. Yəni ABŞ Rusiyanın zəifləməsinə imkan verə bilməz. Bu, onların məğlubiyyəti demək olardı”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: