Biləsuvarda kütləvi zəhərlənmə… – TƏBİB-dən açıqlama

Biləsuvarda kütləvi zəhərlənmə... - TƏBİB-dən açıqlama

Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün  evə buraxılıblar.

***09:11

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərləniblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayeva, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.