İstanbul derbisi: “Qalatasaray” – “Fənərbaxça” qarşılaşması heç-heçə bitdi

İstanbul derbisi: “Qalatasaray” - “Fənərbaxça” qarşılaşması heç-heçə bitdi

 “Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.

***21:05

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilir.

Globalinfo.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edir.

Matç “Rams Park”da Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Qarşılaşmanı sloveniyalı məşhur refer Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, bu komandalar arasında ötən il keçirilən son görüşdə “Qalatasaray” 3:1 hesablı qələbə qazanıb.

Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir.