
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün məlumat yayıb.
Onun sözlərinə görə, istehsal olunan ilk partiya bu il orduya daxil ediləcək. Ümumilikdə, 2028-ci ilə qədər isə 85 tank istehsal ediləcək.
“Altay” tanklarının istehsalı yüksək texnologiyanı əhatə edən bir platformadır. Bu paltforma üçün 600-dən çox şirkət çalışır. ASELSAN, ROKETSAN və HAVELSAN kimi şirkətlər də daxil. Bu il 3 tank təhvil verəcəyik, gələn il 11, növbəti il 41 və daha sonrakı il 30 ədəd də olmaqla, ümumilikdə 85 texnika təhvil verəcəyik”, – Görgün deyib.
Aysel Əliyeva
Globalinfo.az